Belimizdə yırtıq olub-olmadığını necə bilək? Nevroloq izah edib
27.04.2023 15:48

Bu sual tez-tez verilən suallardandır: “Belimdə yırtıq olub-olmadığını necə bilə bilərəm?”

Aztibb.az xəbər verir ki, nevroloq Günel Verdiyevanın bildirdiyinə görə, bel disk yırtığının simptomları diskin haradan və hansı sinir kökünü sıxmasından asılı olaraq dəyişir.

Həkim disk yırtığının ən çox görülən əlamətlərini aşağıdakı kimi sadalayıb:

Bel bölgəsində ağrılar: Ağrı şikayətləri; öskürək, asqırma və ya uzun müddət ayaq üstə durmaqla pisləşə bilər. Əzələ spazmları da baş verə bilər.

Beldən ayağa yayılan ağrı: Disk yırtığının ən tipik simptomlarından biri ağrının beldən ayağa və pəncəyə qədər yayılmasıdır.

Uyuşma: Ayaqda ağrı ilə yanaşı, uyuşma və qarışqalanma şikayətləri də ola bilər.

Əzələ zəifliyi: Ağrı ilə yanaşı disk yırtığı səbəbiylə zədələnmiş tərəfdə ayaq, ayaq və ya baş barmaqda əzələ zəifliyi də yarana bilər.

Sidik kisəsi və ya bağırsaq funksiyasında dəyişikliklər: İrəli mərhələlərdə bağırsaq və ya sidik kisəsi funksiyasında pozulma görülə bilər. Sidik ifraz edə bilməməsi səbəbindən sidik kisəsi dolur və sidik qaçırma əmələ gəlir.

Bu səbəbdən, bu kimi ağırlaşmaların qarşısını almaq üçün xəstəliyin ilk mərhələsində həkimə müraciət etmək və vaxtında düzgün müalicəyə başlamaq məsləhətdir. Əks halda, gecikmiş mərhələdə müalicə ancaq cərrahi yolla mümkündür.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır