Harvard alimləri: Şəkərli diabet riskini bu yolla azalda bilərsiniz
23.04.2023 23:49

Harvarddakı ictimai səhiyyə mütəxəssisləri qazlı suyu qəhvə ilə əvəz etməyi məsləhət görürlər. Bunun 2-ci tip şəkərli diabet diaqnozu qoyulan insanların ömrünü uzadacağı iddia edilir.

Aztibb.az xəbər verir ki, “British Medical Journal”ın məlumatına görə, tərkibində şəkər olan içkilər diabet və ürək-damar xəstəlikləri, həmçinin piylənmə ilə əlaqəli patologiyaları olanlar üçün zərərlidir.

Harvarddan olan mütəxəssislər 9200-dən çox qadının və 3500-dən çox kişinin sağlamlığı ilə bağlı məlumatları təhlil ediblər. Tədqiqat başlayanda hər bir iştirakçıya tip 2 diabet diaqnozu qoyulmuşdu.

Müşahidə bir neçə il ərzində aparıldı, zaman-zaman iştirakçılar hansı içkiləri və nə qədər tez-tez içdiklərini bildiriblər.

Müşahidələrin nəticələri göstərib ki, tez-tez limonad, soda, meyvə şirələri istehlak edən insanlarda ürək-damar xəstəlikləri və diabetdən vaxtından əvvəl ölüm riski nəzərəçarpacaq dərəcədə artıb.

Mütəxəssislər bu cür təhlükəli yüksək şəkərli qidaları daha neytral olanlarla əvəz etməyi məsləhət görüblər: çay, qəhvə, süd. İdeal olaraq, yeməklər arasında su içmək yaxşıdır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır