Alimlər gündə cəmi 30 dəqiqəyə ömrü 16 il uzatmağın yolunu izah ediblər
24.04.2023 10:15

Leicester Universitetinin tədqiqatçıları insanın yerimə sürəti ilə qocalma sürəti arasında əlaqə tapıblar. Məlum olub ki, müntəzəm olaraq sürətlə yerimək ömürü 16 il artırır.

Aztibb.az xəbər verir ki, “Communications Biology” jurnalında dərc edilən bu araşdırmada, gündə yarım saat müntəzəm olaraq sürətli yeriməklə telomerlərin uzunluğunun artırıla bilinəcəyi yazılıb.

Telomerlər xromosomların uclarında qoruyucu "qapaqlardır". Onların tərkibində genetik məlumat olmasa da, telomerlər DNT-nin sabitliyinin qorunmasında mühüm rol oynayır. Alimlər insanın bioloji yaşını təyin etmək üçün xromosomların uclarını ölçürlər. Nə qədər uzun olsalar, bu yaş bir o qədər gəncdir və bu, həqiqi yaşdan xeyli fərqlənə bilər.

Tədqiqatın müəllifləri 400.000-dən çox böyük britaniyalının məlumatlarını təhlil edərək öyrəniblər ki, müntəzəm olaraq sürətli yerişlə məşğul olan insanlar bioloji olaraq həmyaşıdlarından orta hesabla təxminən 16 yaş kiçikdirlər.

Üstəlik, eyni mövzuda aparılan əvvəlki araşdırmalar, müntəzəm gəzməyin fiziki, zehni və sosial faydaları ola biləcəyini müəyyən edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır