Lissabon Universiteti: Meditasiya ürək xəstəliyi olan insanların həyat keyfiyyətini yaxşılaşdırır
24.04.2023 13:16

Portuqaliyanın Lissabon Universitetinin alimlərinin yeni araşdırmasına görə, meditasiya ürəyin işemik xəstəliyi və ürək-damar sisteminin digər xəstəlikləri olan insanların həyat keyfiyyətini yaxşılaşdıra bilər.

Aztibb.az ridus.ru-ya istinadən xəbər verir ki, insana ürək xəstəliyi diaqnozu qoyulandan sonra özünü depressiya və narahat hiss edir. Tədqiqat göstərib ki, meditasiya ürək xəstəliyi olan insanlar üçün standart reabilitasiya zamanı faydalı bir əlavə ola bilər.

Tədqiqata ürək-damar reabilitasiyası proqramına qatılan koronar arteriya xəstəliyi olan 40 xəstə daxil edilib. İştirakçılar təsadüfi qaydada iki qrupa bölünüblər. Birinci qrup müntəzəm reabilitasiya proqramına əlavə olaraq meditasiyaya başlayıb.

Təcrübənin əvvəlində və dörd aylıq reabilitasiyadan sonra könüllülərin stress, narahatlıq, depressiya səviyyəsi və həyat keyfiyyəti qiymətləndirilib.

“ESC Preventive Cardiology 2023” elmi konqresində təqdim edilən araşdırmanın nəticələri göstərib ki, dörd aydan sonra meditasiya qrupunda depressiya, stress və narahatlığın orta göstəriciləri müvafiq olaraq 44%, 31% və 29% azalıb. Digər qrupda isə bütün göstəricilər üzrə azalma cəmi 3% təşkil edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır