“Neurofeedback” terapiyası nədir?
23.04.2023 12:51

“Neurofeedback” şəxsin özünün beyin dalğalarını dəyişdirməsinə kömək edən öyrənmə strategiyasıdır. Bu, dərmansız müalicə üsuludur və bir çox problemlərin aradan qaldirilmasına kömək edir.

Aztibb.az-a NA-Loqopedik Psixoloji Mərkəzdən verilən məlumata görə, müalicənin məqsədi təkcə düşüncə tərzinizi və hisslərinizi dəyişdirmək deyil, həm də daha yaxşı işləmək üçün beyninizi bioloji səviyyədə dəyişdirməkdir.

“Neurofeedback” seanslarında şəxsin başına (baş dərisinə) yerləşdirilən elektrodlar kompüter cihazına qoşulur. Elektrodlar beyindən gələn elektrik nümunələrini ölçür və onları ekranda əks etdirir. Beyinə heç bir elektrik cərəyanı vermir.

Son tədqiqatlar göstərir ki, lazımi dəstək verildikdə, beyni dəyişmək və uyğunlaşmaq qabiliyyətinə malikdir.

Beyin dalğası nədir?

Beyin hüceyrələrimiz beyin dalğaları kimi tanınan elektrik impulsları vasitəsilə əlaqə qurur. Daha sürətli beyin dalğaları diqqət, düşüncə və şüurla əlaqələndirilir, daha yavaş beyin dalğaları isə istirahət, meditasiya və dərin yuxu ilə əlaqələndirilir.

Beyin tərəfindən ötürülən dalğalar əsasən dörd cürdür: Alfa, Delta, Teta və Beta dalğaları. Hər bir dalğanın xüsusi tezliyi var.

Delta – 1-4
Teta – 4-8
Alfa – 8-12
Beta – 13-21

Seans müddətində teta və delta dalğalarını azaltmağa və sürətli beta dalğalarını artırmağa nail olurlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır