Stenokardiya nədir? Səbəbləri, risk faktorları
21.04.2023 16:50

Stenokardiya həm qadınlar, həm də kişilər üçün istənilən yaşda eyni təhlükə daşıyır. Əsasən yaşlı insanlar arasında daha geniş yayılıb.

Aztibb.az xəbər verir ki, Liman Klinika instaqram səhifəsində stenokardiyanın yaranma səbəbləri və risk faktorları barədə məlumat paylaşıb.

Stenokardiya bütün digər xəstəliklərdə olduğu kimi, ciddi yanaşma tələb edir, əks halda, növbəti stenokardiya tutması miokard infarktı və hətta ürəyin tamamilə dayanmasına səbəb ola bilər.

Stenokardiyanın əsas səbəbi ateroskleroz və ya ürək arteriyası tac damarlarının spazmıdır, bu da öz növbəsində, koranar arteriyaların daralmasına, yaxud da tamamilə tutulmasına gətirib çıxarır.

Nəticədə qan və onunla birgə oksigenin ürəyə daşınması pisləşir və ya dayanır, ürək əzələsinin oksigen aclığı yaranır və stenokardiya tutması inkişaf edir.

Stenokardiyaya səbəb ola biləcək risk faktorları aşağıdakılardır:

 

- Siqaret çəkmək;
- Şəkərli diabet;
- Artıq çəki və piylənmə;
- Azhərəkətli həyat tərzi;
- Qanda xolesterin artıqlığı;
- Spirtli içkilərdən sui istifadə;
- Tac damarların patologiyası;
- Ürək-damar sisteminin anadangəlmə qüsurları;
- Arterial təzyiqin dayanıqlı yüksək olması (hipertoniya).

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır