Hepatoloq: Dəridə baş verən dəyişikliklər qaraciyər xəstəliklərinin əlaməti ola bilər
19.04.2023 19:28

Dərinin sağlamlığı orqanizmdə vacib “təmizləyici” rolunu oynayan qaraciyərin sağlamlığından bilavasitə asılıdır.

Aztibb.az-a müsahibəsində hepatoloq Tofiq Əkbərov qaraciyərin toksinləri və zəhərli maddələri neytrallaşdıraraq orqanizmdən kənarlaşdırılmasına xidmət etdiyini bildirib: “Əgər qaraciyərin işi pozularsa qanda artan toksiki maddələr orqanizmə zədələyici təsirini göstərməyə başlayır və ilk olaraq da dəri və selikli qişalar zədələnir”.

Həkim qaraciyər xəstəliklərinin əlaməti olaraq dəridə baş verən dəyişiklikləri aşağıdakı kimi sadalayıb:

Xolestaza bağlı qaşınma

Xolestaz –ödün qatılaşması deməkdir və bu zaman qanda öd turşularının miqdarı artır. Qaşınma əsasən əl, ayaq və gövdə nahiyyəsində olur. Qaşınma tutmaşəkilli və qısamüddətli, bəzən isə əksinə davamlı və dözülməz ola bilər.

Damar “ulduzcuqları”

Bu dəri əlaməti 0.1-0.5 sm ölçülərdə ola bilər. Əllər, üz, boyun, kürək və çiyin nahiyyəsində tünd qırmızı damar genişlənməsi şəklində olur. Bu əlamət qaraciyər xəstəliklərinin diaqnostikasında böyük əhəmiyyətə malikdir.

Sarılıq

Dəri və selikli qişaların sarımtıl rəng almasına səbəb bilirubinin qanda artmasıdır. Əvvəl ağzın selikli qişası və gözün sklerası, daha sonra əl, ayaq və digər nahiyələrin rəngi saralır.

Dildə dəyişikliklər

Qaraciyərin xroniki xəstəlikləri zamanı dil ödemli və səthi əlvan-qırmızı rəngdə olur. Əgər dilin rəngi tünd qırmızı və ya bənövşəyi çalar alırsa bu artıq qaraciyər çatışmazlığının əlaməti ola bilər.

Ovucda eritema

Demək olar ki, bütün xroniki qaraciyər xəstələrində rast gəlinir. Eritema (qızarıqlıq) üzərindən basdıqda solur, lakin tez də bərpa olunur.

Dəridə piqmentasiya pozğunluq

Demək olar ki, bütün xroniki qaraciyər xəstələrində dəridə piqment ləkələri müşahidə edilir. Əllər, xüsusilə də ovuc nahiyyəsi, qoltuq altı nahiyyə çirkli boz və ya mərmər rəngi alır. Üzdə piqment ləkələri yanağın kənarı ilə boyuna doğru yayılmış olur.

Allergik dermatit

Qaraciyərin zədələnmə əlaməti kimi yarana bilər. Dəridə qırmızı ləkə və ya səpkilərlə özünü büruzə verir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır