Alimlər qan laxtalanmasının qarşısını alan üsul kəşf ediblər
18.04.2023 15:43

Qan laxtalanması ölümə səbəb ola bilir. Alimlər bədəni laxtalanmanın əmələ gəlməsindən qorumağa kömək edən yeni üsul tapıblar.


Aztibb.az doctorpiter.ru-ya istinadən xəbər verir ki, tromboz, qan laxtalarının meydana gəldiyi venoz damarların patoloji vəziyyətidir. Çox vaxt tromboz ayaq damarlarında baş verir.

Danimarka, Almaniya, Norveç və İsveçdən olan tədqiqatçılar  birgə araşdırma zamanı bir sual qarşısında çaşqınlıq içində qalıblar: niyə bəzi insanlarda orta fiziki fəaliyyətlə belə qan laxtalanması baş verir, digərlərində isə yox? Üstəlik, fiziki fəaliyyətin tamamilə olmamasına baxmayaraq, yeriyə bilməyən, əlilliyi olan bir insanın bu xəstəlikdən əziyyət çəkmədiyi halları görülməkdədir.

Məlum olub ki, hər şey qan laxtalarının meydana gəlməsinin qarşısını ala biləcək əsas zülaldadır. Bu zülal Hsp47 adlanır. Sözügedən protein heyrətamiz xüsusiyyətlərə malikdir və qan laxtalanmasından qoruya bilir.

Hsp47 səviyyəsinin artması təkcə insanlarda deyil, digər məməlilərdə, o cümlədən ayılarda və donuzlarda da qan laxtalanmasının qarşısını almaqda əsas rol oynayır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır