Oruc tutarkən necə idman etməli?
17.04.2023 16:34

Qaraciyərimizdə və əzələlərimizdə yığılan şəkər azaldığından və tərlə itirilən su miqdarı artdığı üçün yüksək intensivlikli məşqlərə üstünlük verilməməlidir.

Aztibb.az-a müsahibəsində hepatoloq Tofiq Əkbərov tövsiyə edib ki, oruc tutarkən sizi yorub, tərlətməyən, məsələn, pilates, yoga, gəzinti və ya üzgüçülük kimi aşağı intensivlikli aerobik məşqlər edilə bilər.

“Suyun bədən istiliyini tarazlaşdırmaq, həzm və udma zamanı qidaları hüceyrələrə daşımaq, toksinləri bədəndən çıxarmaq kimi bir çox funksiyası var. Yüzdə 20 azalma orqanizmdə mayenin miqdarında həyati risk yaradır”, - həkim bildirib.

qeyd edib ki, oruc zamanı su qəbulumuz azalır, ona görə də su sahur və iftarda əvəzolunmaz olmalıdır. 2-2,5 litr içməyə diqqət yetirilməlidir. Orucluq zamanı təxminən 15 saat su istehlakı olmadığı üçün gündəlik su ehtiyacı iftar ilə sahur arasındakı 6-7 saatlıq müddətdə qarşılanmalıdır.

“Gündəlik maye ehtiyacının 2,5 ilə 3 litr arasında dəyişdiyini nəzərə alsaq, bu miqdarın üçdə ikisi iftarla sahur arasındadır. Mümkün olan müddətdə istehlak edilməlidir. Onun üçdə birini sahurda istehlak etmək düzgün olar. Bu vaxt 7 saatlıq yemək və maye qəbulu, 30 dəqiqəlik müddətdə bir stəkan su içmək gündəlik maye ehtiyacımızı qarşılamağa imkan verəcək”, – deyə hepatoloq vurğulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır