Hamiləlik diabeti - Testlərin nəticəsi çox önəmlidir
17.04.2023 09:06

Əgər hamilənin ailəsində şəkər xəstəsi varsa, anamnezində daha öncə ölü doğum hadisəsi olubsa, qadın çox kiloludursa, daha əvvəl 4 kiloluq və daha artıq uşaq dünyaya gətiribsə, hal-hazırki ultrasəs müayinəsində uşağın ölçüləri böyükdürsə, çox sululuğu varsa, bu kimi risk qrupunda olan hamilələrdə, xüsusilə 35 yaşın üzərində diabet riski artır.

Aztibb.az-a müsahibəsində cərrah-ginekoloq Kamran Nağıyev bildirib ki, biz bu hamilələrdən 75 qram diaqnoz testini mütləq istəyirik.

Həkim qeyd edib ki, bəzən aşağı risk qrupu olan xəstələr olur ki, onlar arıq və gənc yaşda olduğundan,  xüsuilə ailədə şəkər anamnezi yoxdursa, onların ultrasəs müayinəsində hər hansı bir problem olmur. Belə halda 50 qram skrininq testi edilə bilər.

Mütəxəssis bu testlərin nəticəsinin çox önəmli olduğunu vurğulayıb.


Əgər hamiləlik diabeti təsdiqlənərsə, “gestasionar diabet” adlanır, belə olduqda mütləq şəkildə ciddi kontrol edilməlidir və əgər yüksək şəkərlər varsa xəstə mütləq endokrinoloqa müraciət etməlidir.

Hamiləlikdə hamilə qadın istər dietoloqla, ya da özü dietlər edərək, pəhriz saxlayaraq şəkəri kontrolda saxlayır. Əgər kontrolsuz şəkildə yüksək şəkər varsa, o zaman ehtiyac duyularsa endokrinoloq nəzarəti ilə insulin müalicəsinə də başlana bilir.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır