Yazda qanın qaynaması orqanizmdə biokimyəvi stress yaradır
14.04.2023 13:00

Terapevtlər xroniki xəstəliklərin yazda daha da kəskinləşdiyini bildirilər.

Aztibb.az mütəxəssislərin rəyinə əsaslanaraq bildirir ki, immun sistemi zəif olanlar temperaturun, mövsümün dəyişməsinə həssas olurlar. Belə insanlarda yaz fəslində ağciyər, mədə-bağırsaq sistemi xəstəlikləri kəskinləşir. İmmun sistemi zəif olan insanlarda ümumi halsızlıq, infeksion xəstəliklərə qarşı müqavimət və iş qabiliyyəti zəifləyir.

Mövsüm dəyişməsi ilə əlaqədar vitamin balansı zəifləyən insanlarda halsızlıq, gücdən düşmə, ətraf mühitə qarşı laqeydlik yaranır. Belə insanlar əsasən yuxulu olur və bütün günü yatmaq istəyirlər. Bunun qarşısını almaq üçün ilk növbədə xəstəliklərin müalicəsinə başlamaq lazımdır.

Mövsüm dəyişkənliyi ilə bağlı allergik xəstəliklər də kəskin surətdə artır. Bu isə özünü qızdırma, ishal və qusma ilə göstərir.

Yaz mövsümü insanların psixoloji vəziyyətinə də ciddi təsir göstərir. Bu mövsümdə orqanizmdə hormonal aktivlik güclənir.  İnsanın qanının qaynaması hormonal aktivlik nəticəsində baş verir və orqanizmdə biokimyəvi stress yaranır. Biokimyəvi stress insan psixologiyasında ciddi fəsadlar yaradır, depressiyalara, intiharlara meyl artır.

Yaz xəstəliklərindən qorunmaq üçün açıq havada çox gəzmək, meyvə-tərəvəz məhsullarından daha çox istifadə və vitamin qəbulu lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır