Bilməli olduğumuz tibb ixtisası: Proktoloq
13.04.2023 10:49

Proktoloq kimdir? Proktoloq - bağırsaq, kolon və ətraf toxumaların yoluxucu, parazitar, anadangəlmə, iltihabi və onkoloji xəstəliklərini müalicə edir.

Aztibb.az tibbin bu ixtisası və ixtisas üzrə həkimin vəzifələri haqqında qısa məlumatı təqdim edir:

Proktoloq xəstələri müayinə edir və anamnez toplayır. Həkim-proktoloq anus dərisindəki virus mənşəli itiuclu kondilomaları aradan qaldırır, iltihabi fistula və anomal yolları kəsir, travmaları müalicə edir, anal dəlikdən qanaxmanı dayandırır.

Proktoloqun müalicə etdiyi geniş yayılan xəstəliklərdən biri hemoroiddir. Bu xəstəlik düz bağırsağın varikoz genişlənməsi səbəbindən baş verir və anusdan çıxan hemoroidlərin inkişafına gətirib çıxarır, narahatlıq, qanaxma və ağrıya səbəb olur.

Proktoloq anus çatları, poliplər, paraproktit kimi xəstəlikləri müayinə və müalicə edir.

Qəbul zamanı anamnez toplandıqdan sonra həkim-proktoloq pasientin xarici baxış, perianal sahənin palpasiyasını və düz bağırsağın barmaq ilə müayinəsini daxil edən ilkin konsultasiyanı keçirir. Həmçinin, tibbi göstərişlərə əsasən rektoromanoskopiya, anoskopiya yaxud kolonoskopiya təyin edilə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır