Virus infeksiyaları zamanı yol verilən xətalar
12.04.2023 10:49

İnsan həyatı boyu mikroblarla mübarizə aparır və çalışır ki, onlara qarşı immunitet yaratsın. Törədicilərə qarşı immun hüceyrələrin formalaşması ən çox uşaq yaşlarında olur.

Aztibb.az xəbər verir ki, pediatr Xanım Əhmədovanın sözlərinə görə, bu haqda çox danışılsa da son günlər uşaqlar arasında yayılan yuxarı tənəffüs yolları virus infeksiyaları zamanı anaların çox yanlışları ilə rastlaşırıq ki, bu da təbii yolla immunitetin formalaşmasına bir növ mane olur, xəstəliyin sağalma dövrünü uzadır.

Bəs bu yanlışlar nələrdir?

Yüksək hərarətin düzgün idarə olunmaması: 37-37.5°C hərarətin dərmanlarla salmağa çalışmaq, əslində icazə vermək lazımdır ki, orqanizm mübarizə aparsın 38-38.5°C -dən tez müdaxilə etməmək lazımdır.

Göstəriş olmadığı halda antibiotik müalicəsinə başlamaq, əslində antibiotikin virus mənşəli xəstəliklərdə müalicəvi effekti yoxdur.
Yerli-yersiz venadaxili infuziyalar, əslində oral rehidratasiyaya üstünlük verilməlidir.

Uşağı iştahı olmadığı halda məcbur yedirməyə çalışmaq, əslində bol vitaminli toyuq şorbası və meyvə-tərəvəzlə qidalandırmaq daha məqsədəuyğundur. Bunlardan başqa uşağın olduğu otağın havasını tez-tez dəyişmək, burun tənəffüsünün rahat olmasını təmin etmək lazımdır.

3 gündən artıq davam edən qısa aralıqla qalxan yüksək hərarət zamanı pediatr baxışı məsləhətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır