Alimlər Çernobıl itlərində unikal genom müəyyən ediblər
12.04.2023 14:32

Beynəlxalq genetiklər qrupu Çernobıl Atom Elektrik Stansiyasının təcrid zonası yaxınlığında yaşayan üç yüzdən çox vəhşi itin DNT-sini təhlil edərək, Çernobıl itlərinin genomunun unikal struktur əldə etdiyini aşkar ediblər.

Aztibb.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqat "Science Advances" jurnalında dərc olunub.

Tələb olunan miqdarda heyvan DNT nümunələrinin əldə edilməsi üçün beş il ərzində Çernobıl zonasından sahibsiz itlərin tutulması aparılıb.

Daha sonra tədqiqatçılar 300 itdən qan və bədən nümunələri götürüblər. Tutulan sahibsiz ev heyvanlarının bir hissəsi Çernobıl sənaye sahəsində və ondan çox da uzaq olmayan yerdə, yəni radiasiyanın çox yayıldığı bölgədə yaşayırdı.

Alimlər DNT-ni deşifrə edib genomları müqayisə etdikdən sonra məlum olub ki, Çernobıldan olan sahibsiz itlərin genom quruluşu tanınmaz dərəcədə dəyişib və dünyadakı bütün itlərin genomlarından fərqli olub.

Bu ərazidə olan itlərin daha çox öyrənilməsi heyvanların təkamülünün yüksək radiasiyadan necə təsirləndiyini anlamağa kömək edə bilər.

Qeyd edək ki, 1986-cı il aprelin 25-dən 26-na keçən gecə Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi. Bununla bağlı çəkilən bir çox bədii filmlərin və serialların mərkəzində faciə mövzusu dayanır. Amerikanın HBO şirkətinin "Çernobıl" mini-serialı 2019-cu ildə ekranlara çıxdı və böyük səs-küyə səbəb oldu. Qəzanın planetimizin təkamülünə necə təsir edəcəyi barədə hələ də çox şeyi bilmirik.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır