Cinsi yolla ötürülən yoluxucu xəstəliklərdən necə qorunmalı?
08.04.2023 11:36

Evlilikdən kənar münasibətlərdən imtina və nikah sədaqəti cinsi yolla ötürülən infeksiyalardan qorunmağın ən təsirli yoludur.

Aztibb.az sm.news-a istinadən yazır ki, bu barədə uroloq Oleq Apolixin məlumat verib. Həkim xəstələri kənar cinsi əlaqədən çəkinməyə çağırıb.

Həkim bildirib ki, cinsi əlaqədən əvvəl potensial tərəfdaş cinsi yolla ötürülən xəstəliklərin əlamətlərini (xoralar, döküntü, qızartı, axıntı) gördükdə müayinə təklif etməlidir.

O, həmçinin xatırladıb ki, infeksiyalar təkcə cinsi əlaqə yolu ilə deyil, həm də şəxsi gigiyena qaydalarının pozulması nəticəsində keçir.

Həkim hər hansı cinsi əlaqə üçün qoruyucu istifadə etməyi tövsiyə edib. O, həmçinin xatırladıb ki, sağlam həyat tərzi və vaxtında profilaktik müayinələr cinsi yolla keçən xəstəliklərə tutulma və ya başlama riskini azaldır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır