Anti-diabet implantı yaradılıb
06.04.2023 15:28

İsveçrə mühəndisləri implantasiya olunan yanacaq hüceyrəsi hazırlayıblar. İmplant çay paketinə bənzədiyi üçün belə də adlandırılıb.

Aztibb.az involta.media-ya istinadən yazır ki, “Çay paketi” I tip şəkərli diabetdən əziyyət çəkən xəstənin orqanizmində insulinin səviyyəsini tənzimləyir və onun iş prinsipi insulin nasosunun işinə bənzəyir.

Bununla belə, cihaz etibarlı enerji mənbəyi tələb edib. Mühəndislər bu problemi asan şəkildə həll ediblər.

“Çay paketi”nin mərkəzində qlükozanı qlükon turşusuna, eləcə də elektrik dövrəsini yaradan protona parçalayan mis nanohissəciklər var. Alginatdan (yosun əsaslı material) hazırlanmış parça implanta bədən mayelərini udmağa imkan verir və daimi qlükoza yanacağını təmin edir. Bu, cihazı faktiki olaraq qeyri-məhdud enerji mənbəyi olan daxili insulin nasosuna çevirir. Eyni zamanda, cihazın gücü qanda qlükoza səviyyəsi ilə bağlı məlumatları smartfona ötürmək üçün də kifayətdir.

Cihaz prototip mərhələsində olsa da, o, artıq laboratoriya siçanları üzərində ilk sınaqlardan uğurla keçib. Bütün lazımi testlərdən sonra implantın kütləvi istehsalına keçilərsə, insulindən asılı tip 1 diabetdən əziyyət çəkən insanların arzusuna çevriləcək.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır