Uşaqlarda barmaq ucu niyə soyulur?
04.04.2023 10:06

Uşaqlarımızda əslində çox rast gəlinən bir vəziyyət olan barmaqların soyulmasının ciddi bir xəstəliyin əlaməti ola biləcəyini bilirdinizmi?

Aztibb.az xəbər verir ki, pediatr Xəyalə Əliyeva bununla bağlı instaqaram səhifəsində məlumat verirb.

Əslində infeksiyadan sonra gördüyümüz ən çox rast gəlinən desquamasiya qabıqlanmadır və bu narahatlığa səbəb deyil. Xüsusilə bu dövrdə tez-tez rastlaşdığımız əl-ayaq-ağız xəstəliyindən sonra görə bilərik.

Digər ümumi səbəblərdən biri də çağımızın xəstəliyi olan allergiyadır.

Allergik ekzemada barmaqların soyulması bu şəkildə baş verir və allergiyaya səbəb olan faktoru tapıb aradan qaldırmaq lazımdır.

Başqa səbəblərə nəzər saldıqda unutmaq olmaz ki, sink B12 kimi vitamin və mineral çatışmazlıqlar da barmaqlarda soyulmaya səbəb ola bilər!!!

Hər şey bir yana, bilmək lazımdır ki, barmaqların soyulması həyati təhlükəsi olan xəstəliklərin də əlaməti ola bilər!!!

Təkrarlanarsa və bütün bədənə yayılarsa və dərinin qızartıları ilə müşayiət olunarsa, Stivens-Conson Sindromu, Toksik Şok Sindromu kimi həyati təhlükəli vəziyyətlərə də səbəb ola bilər.

Pilinq 5 gündən çox qızdırma ilə müşayiət olunursa, həyat üçün təhlükə yarada bilən Kavasaki xəstəliyinin ola biləcəyini unutmaq olmaz.

Nəticədə övladınızda barmaqların soyulması varsa, bunu sadə bir vəziyyət kimi gecikdirməyin və pediatr tərəfindən müayinə olunsun.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”