Autizm maarifləndirmə həftəsi - Autizm haqqında onlayn platforma təkmilləşdirilir
02.04.2023 10:24

Martın 27-dən aprelin 2-dək keçirilən Ümumdünya Autizm Maarifləndirmə Həftəsi ilə əlaqədar bütün dünyada aprel ayı autizm haqqında maarifləndirməyə həsr olunur.

Aztibb.az xəbər verir ki, ölkəmizdə də cəmiyyətin autizm mövzusunda maarifləndirilməsi ilə bağlı silsilə tədbirlər təşkil edilir.

Belə tədbirlərdən biri Lider mobil operatorun dəstəyi ilə “Birgə və Sağlam” İctimai Birliyinin “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsinin həyata keçirilməsidir.

Layihə çərçivəsində autizm haqqında onlayn platformada maarifləndirmə işlərinin miqyasını genişləndirmək məqsədilə autizmportali.az portalı dizayn tərtibatı və texniki imkanlar baxımından  müasir standartlara uyğun olaraq əsaslı surətdə təkmilləşdirilir və yenilənir, məzmunu zənginləşdirilir, istifadəçilərin məlumatlara rahat çıxışını təmin etmək üçün portalın funksional imkanları artırılır. Portalın dinamikləşdirilməsi məzmunların çevik şəkildə yenilənməsinə, “canlı çat” funksiyası isə istifadəçilərə autizm, həmçinin bu sahədə göstərilən reabilitasiya və digər sosial xidmətlərlə bağlı operativ məlumat almağa imkan verəcək.

Layihənin 2023-cü ilin 2-ci yarısınadək yekunlaşdırılaraq açıq istifadəyə verilməsi planlaşdırılır. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır