Cərrahi əməliyyatdan sonra xəstələr oruc tuta bilərmi?
03.04.2023 12:37

Cərrahi müdaxilələrdən sonra orqanizmdə çoxlu dəyişikliklər baş verir. Maddələr mübadiləsi və həzm sistemində ortaya çıxan bu yeni nizamın qısa və uzun müddətdə fərqli təsirləri var.

Aztibb.az xəbər verir ki, ümumi cərrah Toğrul Məhərrəmovun bununla bağlı verdiyi məlumata görə, müxtəlif əməliyyatlardan sonra qısa və uzun müddətdə nəzərə alınmalı bəzi məqamlar yeni yaranan bədən nizamının sağlam olmasını təmin edə bilər.

Yaxşı istirahət və qidalanma tələb edən vəziyyətlər var. Ancaq maddələr mübadiləsi təxminən 3-4 həftə sonra normala yaxın səviyyəyə qayıdır. Bu cür əməliyyatlardan sonra xəstələr əməliyyatdan əvvəlki pəhrizə və beləliklə də qısa müddətdə normal oruc tutmağa qayıda bilirlər.

Həzm sistemini əhatə edən əməliyyatlardan sonra vəziyyət çox fərqlidir. Qida borusu, mədə və onikibarmaq bağırsaq əməliyyatlarından sonra uzun müddət ac qalıb birdən çox miqdarda yemək yemək zərərli ola bilər. Ancaq bu cür əməliyyatlardan təxminən 1 il sonra oruc tutmaq mümkün ola bilər.

Nazik və yoğun bağırsaq əməliyyatı keçirmiş xəstələrdə əməliyyatdan 2-3 ay sonra oruc tuta bilərlər. Hemoroid, çat və buna bənzər düz bağırsaq hemoroidləri səbəbiylə əməliyyat olunmuş xəstələrin sağalması və sağlam defekasiya funksiyalarını yerinə yetirməsi üçün ishal və qəbizlik olmamalıdır. Bu səbəblə xəstələrin gündə 3 dəfə yemək yeməsi və hər yeməkdə bol bitki lifi qəbul etmələri və bol su içmələri daha məqsədəuyğundur.

Ən çox edilən əməliyyatlardan biri də öd kisəsi əməliyyatlarıdır. Öd kisəsi çıxarılan xəstələrin qida rasionunda heç bir qadağa yoxdur, lakin bu xəstələr uzun müddət ac qaldıqları və öd reflü qastrit adlanan xüsusi mədə xəstəliyinə səbəb olduqları üçün tez-tez qidalanmalıdırlar.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır