Uşaqlarda ishal və qusma halları - Nə zaman narahat olmalı?
30.03.2023 13:19

Ağır ishal və qusma zamanı uşaq xeyli miqdarda su, onunla birlikdə isə mineral duzları itirir.
Bu hal orqanizmin susuzlaşması adlanır.

Uşaqda bədənin güclü şəkildə susuzlaşması çox qısa bir müddət ərzində onun həlak olması ilə nəticələnə bilər.

Aztibb.az xəbər verir ki, pediatr Xəyalə Əliyeva valideyinləri bu məsələdə diqqətli olmağa çağırıb: “Unutmayın ki, uşaq nə qədər kiçik olarsa, onun orqanizmi su və mineral duzların itirilməsinə qarşı daha həssas şəkildə reaksiya verir, onun vəziyyəti isə daha ağır olur”.

O, uşaqlarda çoxsaylı ishal və qusma hallarının çox vaxt kəskin bağırsaq infeksiyasının (KBİ) əlaməti olduğunu deyib: “KBİ zamanı uşaqlarda üşütmə, soyuq tər, hərarətin xeyli yüksəlməsi və hətta qıcolmalar da müşahidə edilə bilər. Belə halda dərhal uşağı nəzarətdə saxlayan pediatrı evə dəvət etmək və ya "təcili yardım" çağırmaq lazımdır. Kəskin bağırsaq infeksiyası olan uşağı yalnız həkim müalicə etməlidir”.

Qeyd edib ki, həkim gələnə qədər heç bir halda uşağa ishalı aradan götürən və qusmaya qarşı olan dərmanlar verməyin . Çünki orqanizmə daxil olan zəhərlər və toksinlər qusma və ishal zamanı bədəndən xaric olur. Uşağa həmçinin ağrıkəsici və digər dərmanlar vermək, onu yedizdirmək də olmaz. Uşağın nəcisini mütləq saxlayın (pampers və ya güvəcdə) və həkim gəldikdə ona göstərin.

Orqanizmin susuzlaşmasının əlamətləri:

- uşaq yuxulu, əzgin, süst olur;
- dəri quru, avazımış olur, büzüşür və bu büzüşlər çətinliklə hamarlanırlar;
- ağız boşluğunun selikli qişası quru və parlaq olur;
- dil quru, qatı, yapışqan seliklə örtülü olur;
- gözlər sönük, axan, körpələrdə əmgək bir qədər batmış olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır