Qadın hipospadiyası - anadangəlmə qüsur
28.03.2023 13:30

Hipospadiya sidik kanalının anatomik quruluşunun anadangəlmə inkişaf qüsurudur.

Aztibb.az xəbər verir ki, uroloq, androloq Ülviyyə Əliyevanın sözlərinə görə, qadın hipospadiyası xəstəliyin kişilərdə rast gəlinən formasından fərqli olaraq, qadınlarda meatusun anadangəlmə ektopiyasının etiologiyası demək olar ki, öyrənilməmişdir.

Həkim qeyd edib ki, urologiya və ginekologiya sahəsinin əksər mütəxəssislərin fikrincə anomaliya hestasiyanın 6-12-ci həftələrində dizembriogenezin nəticəsi olaraq inkişaf edir. Hipospadiyanın qadın formalarının yaranmasında irsi amilin rolu müəyyənləşdirilməmişdir.

“Uşaqlıq yolunun aşağı hissəsi və sidik kanalı urogenital sinusdan əmələ gəlir. Urogenital sinusun differensiasiyasında baş verən pozğunluqların ehtimal olunan səbəblərinə hestasiyanın erkən mərhələlərində xarici zədələyici amillərin - peşə zəhərləri, dərman vasitələri, radiasiya, infeksion agentlər, məsələn toksoplazmanın neqativ təsirləri aiddir”, – mütəxəssis bildirib.

Qeyd edək ki, qadın hipospadiyası — sidik kanalının qısalması və onun xarici dəliyinin (meatusun) vaginal dəhliz və ya uşaqlıq yolunun ön divarına yerdəyişməsi ilə xarakterizə olunan anadangəlmə qüsurdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır