Aclıqdan əllər titrəyir və ürək döyünür - Bu halın 3 səbəbi
27.03.2023 14:32

Uzun müddət yeməmisinizsə və bir az zəiflik hiss edirsinizsə bunda qəribə bir şey yoxdur.

Aztibb.az doctorpiter.ru-ya istinadən xəbər verir ki, tez-tez ürək döyüntüləri və əllərin titrəməsini hiss edirsinizsə, bunlar sağlamlıq problemlərinin əlamətləri ola bilər.

Çoxlarınız şəkər xəstəliyinin ilk əlamətlərinin aclıq zamanı ürək döyüntüsü və əllərin titrəməsi olduğunu eşitmisiniz. Belə insanlar özlərində oxşar bir şey görəndə dərhal diabetli olduqlarını düşünürlər.

Tiroid xəstəlikləri

Qalxanabənzər vəzi bədənimizdəki hormonların tarazlığını qorumaq üçün tiroksin istehsal edir. Qalxanabənzər vəz xəstəliklərində endokrin pozğunluqlar və anormal maddələr mübadiləsi baş verir. Çox sürətli metabolizm hipoqlikemiyaya gətirib çıxarır - qanda qlükoza konsentrasiyası azalır. Əgər vaxtında yeməsəniz, əllərinizdə titrəməni və ürəyinizin necə döyündüyünü hiss edəcəksiniz.

Qan şəkərinin səviyyəsi

İndi bir çox insan arıqlamaq üçün müxtəlif dietlər keçirir. Özünüzü yeməkdən uzun müddət məhdudlaşdırsanız, vücudunuz kifayət qədər enerji almayacaq və qan şəkərinin səviyyəsi mütləq azalacaq. Ürək döyüntüsü və əl titrəmələri ola bilər. Ancaq yemək yedikdən sonra özünüzü daha yaxşı hiss etməlisiniz.

Mədə-bağırsaq pozğunluqları

Vücudunuz həddən artıq mədə şirəsi istehsal edərsə, yemək tez həzm olunacaq və siz yenidən tez aclıq hiss edə bilərsiniz. Mədə şirəsinin ifrazı mütəmadi olaraq normadan çox olan insanlar adi haldan daha çox aclıq hiss edirlər - panikaya, güclü ürək döyüntülərinə və əllərin titrəməsinə qədər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır