Diabetik neyropatiya nədir? Endokrinoloq izah edib
27.03.2023 13:48

Diabetik neyropatiya - şəkərli diabeti olan xəstələrdə qanda şəkər səviyyəsinin uzun müddət yüksək olmasına bağlı olaraq sinir liflərinin zədələnməsi ilə gedən xroniki ağırlaşmadır. Xüsusilə aşağı ətraflarda rast gəlinən polineyropatiya infeksiya və işemiya ilə birlikdə ayaq amputasiyasının ən önəmli səbəbidir.

Aztibb.az xəbər verir ki, bununla bağlı endokrinoloq Rəhilə Mansur instaqram səhifəsində məlumat paylaşıb.

Həkim qeyd edib ki, bu hal hər iki növ diabetlilərdə (tip-1 və tip-2) rast gəlinən və əsasən tip-2 diabetlilərdə üstünlük təşkil edən ağırlaşmadır. Neyropatiya əsasən aşağı və yuxarı ətraflarda daha çox rast gəlinir (periferik neyropatiya).

“Periferik neyropatiyanın əlamətləri yuxarı və aşağı ətraflarda keyimə, qarışqagəzmə hissi, hissiyatın azalması, əzələ zəifliyi və gücsüzlük, xüsusilə axşam artan ağrılar, ayaqlarda yara, sümük və oynaq ağrısıdır”, – həkim bildirib.

Endokrinoloq vurğulayıb ki, bu əlamətlərlə yanaşı diabetik neyropatiya həzm sisteminin pozulması, ağrısız miokard infarktı, hipoqlikemiyanın fərqində olmama, cinsi funksiyanın zəifləməsi şəklində də özünü biruzə verə bilər. Bütün ağırlaşmaların qarşısını almaq üçün qanda şəkər səviyyəsinə nəzarət olunmalı və mütəmadi olaraq müayinələrdən keçmək lazımdır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır