Əmzik istifadəsində bunları bilmək vacibdir
26.03.2023 12:57

Körpələrdə əmmə refleksləri çox güclüdür. Bu refleks hələ ana bətnində ikən başlayır və yeni doğulduğu andan etibarən davam edir.

Əmzik istifadəsi körpələrin sakitləşməsi üçün ən yaxşı üsuldur. Bundan əlavə yaşamın ilk dönəmlərində körpə yalnız süd daha sonra yumşaq qidalarla bəsləndiyi üçün əmmə reflekslərinin güclənməsi üçün də gərəkli hesab edilir.

Aztibb.az xəbər verir ki, pediatr Xəyalə Əliyevanın sözlərinə görə, körpələr yatarkən onlara əmzik vermək ani uşaq ölümləri riskini azaldır. Bundan əlavə rahat yuxuya getməsinə kömək olur.

Lakin qəbul etmək lazımdır ki, dişlərin çıxmağa başlamasından sonra əmzik istifadəsini azaltmaq mütləqdir. Bu uşağın damaq inkişafında ləngiməyə, dişlərin əyilməsinə və dişləmə keyfiyyətinin azalmasına səbəb ola bilər. Buna görə də əmziyin bir müddət sonra vərdiş halına gəlməsinin qarşısını zamanında almaq lazımdır.

Bundan əlavə, əmziyi uşağın ağzına verməmişdən qabaq onu isti suyla yuyun. Bir çox valideynlər çox böyük səhv edirlər ki, əmzik məsələn yerə düşürsə, götürüb valideyn öz ağzına salıb, sonra uşağın ağzına verir. Böyük adamın ağzında olan bakteriyalar uşağın ağzında yoxdur. Əgər bu bakteriyalar əmziklə birlikdə uşağın ağzına gedərsə çox böyük fəsadlar törədə bilər. Ona görə də düşünülməmiş hərəkət etməyin, balaca möcüzənizin sağlamlağına qarşı diqqətli olun.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır