Yazda valideynlərin diqqətinə! Qızılca və suçiçəyi
25.03.2023 11:40

Yazın gəlişi ilə artan xəstəliklər sırasında daha çox qızılca və suçiçəyinin yayılmasının səbəbi yoluxucu olmasıdır. Əsasən 5-14 yaşlı uşaqlar arasında yayılan, yazın əvvəllərində daha çox müşahidə olunan suçiçəyi infeksion xəstəlikdir. Mövsümü olmasının səbəbi isə virusun Günəşin ultrabənövşəyi şüalarına davamsızlığıdır.

 

Aztibb.az xəbər verir ki, həkim-pediatr Nigar Mirzəyeva bununla bağlı bəzi bilgiləri paylaşıb:

 

 “Suçiçəyinin ilkin əlamətləri virusa yoluxandan sonra ilk gün ümumi halsızlıq və temperaturun müşahidə olunası, ikinci və üçüncü gündən sonra isə uşaqlarda virusun özünəməxsus səpgılərinin əmələ gəlməsidir. Hətta saç tüklərinin arasında, qulağın içində, gözlərdə belə həmin səpgiləri müşahidə etmək olur. Adətən həmin dövrdə valideynlər uşaqların çimməyinə icazə verilib-verilməməsi barədə soruşurlar. Təbii ki, dəri səthini təmiz saxlamaq üçün çimmək olar, lakin sərt yuyunmaq, kisə və digər vasitələrdən istifadə etmək düzgün deyil”.

 

Qeyd edib ki, həmin mövsümdə suçiçəyindən sonra azyaşlılar arşında geniş yayılan infeksiyalardan biri də qızılcadır. Xəstəliyə 6 aya qədər körpələrdə nadir hallarda rast gəlinir. Virus özünü yoluxmadan 10 gün sonra göstərməyə başlayır. Qızılcaya yoluxan şəxs səpgilər başlamazdan əvvəlki 3-4 gün və sonrakı 4-5 gün ərzində xəstəliyi başqalarına yoluxdura bilir. Xəstə asqırdığı və ya öskürdüyü zaman virus ətrafa yayılır, havada və səthdə 2 saat müddətində qala bilir.

 

“İlk gün qızdırma, ümumi halsızlıq, iştahasızlıq və bununla yanaşı bütün bədənin səpməsi müşahidə olunur. Səpgilər suçiçəyindən fərqli olaraq qabarıq şəkildə olmur. Virus olduğuna görə həm suçiçəyi, həm də qızılcanın meningit, ensafelit və s. kimi ağırlaşmaları ola bilər. Qızılca da virus olduğuna görə ona yoluxduqda antibiotikdən istifadə edilməsi düzgün yanaşma deyil. Peyvənd etdirməklə uşaqları bu infeksiyadan qorumaq mümkündür”, - deyə həkim-pediatr bildirib.

 

Pediatr əlavə edib ki, suçiçəyi və qızılca xəstəliklərini keçirənlər bu infeksiyalara qarşı ömür boyu immunitet qazanırlar və bir daha ona yoluxmurlar. Lakin yoluxanların 20 faizində təkrar yoluxma halı baş verə bilər. Həmin viruslardan qoruyan yeganə etibarlı yol isə peyvənddir.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”