Mammoloq-radioloq: Onkoloji xəstələr oruc tutmaqda diqqətli olmalıdır
25.03.2023 11:10

Onkoloji xəstələrin müalicəsi və sağalmasında qida ilə su qəbulu, hətta qida qəbulunun qaydası böyük əhəmiyyət kəsb edir. Belə xəstələr oruc tutmaq qərarı verməzdən öncə həkimlə məsləhətləşməlidirlər.

 

Aztibb.az xəbər verir ki, bu barədə mammoloq-radioloq Günel Qəmbərova bəzi məqamları açıqlayıb:

 

“Xəstəliyin aktiv dövründə - kimya terapiyası və şüa terapiyası alan dövrdə pasiyentlər daha diqqətli olmalıdırlar. Bu dövrdə onlara oruc tutmaq qətiyyən məsləhət deyil. Bu, hətta böyük riskdir. Çünki belə müalicə zamanı ürəkbulanma, qusma, halsızlıq, diareya və qəbzlik ola bilər. Belə bir durumda oruc tutmaq onların immun sistemini tam çökdürə bilər. Çünki bu dövrdə iştaha azalacaq, su-duz mübadiləsi tam pozulacaq. Halbuki aktiv dövrdə olan onkoloji xəstələr su və kalori rasionuna tam ehtiyacı olan pasiyentlərdir. Nəzərə alsaq ki, xəstələrin qəbul etdikləri dərmanlar qaraciyər və böyrəkdən xaric olur, onda su və qida qəbulunun onlar üçün nə qədər vacib olduğunu anlamaq mümkündür”.

 

Həkim qeyd edir ki, sahur yeməyi üçün rejimə uyğun olmayan vaxtda yuxudan durmaq, yuxu balansı ilə yanaşı qida balansını da pozmaq immun sisteminə mənfi təsir edir.

 

“Artıq müalicə almış, reaksiya dövründə olan xəstələr də oruc tutmaq istəsələr, öncə həkimlə məsləhətləşməlidirlər. "Daha yaxşıyam, sagalmışam" deyib özbaşına, həkim məsləhəti olmadan oruc tutmağa başlamasınlar. Unutmasınlar ki, orqanizmi yenidən yükləmək, ac saxlamaq olmaz. Bu qərar verəndə xəstəliyin lokalizasiyası, hansı mərhələdə olması çox önəmlidir. Bu incəlikləri isə xəstələr özləri yox, həkimləri daha dəqiq bilir",– deyə radioloq bildirib.

 

Unutmayın ki, həkimlər inancından asılı olmadan pasiyentlərin hamısına sağlam qalmaq üçün məsləhət verirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır