Kişilərdə uretrit xəstəliyi
25.03.2023 15:49

Kişilərdə uretrit sidik kanalında qaşınma və yanma hissi ilə başlayır və həmin əlamətlər sidik ifrazı zamanı xüsusilə artır.

Aztibb.az xəbər verir ki, uroloq, androloq Ülviyyə Əliyevanın sözlərinə görə, bu xəstəlik zamanı cinsiyyət orqanının başı iltihablaşmış olur, sıxanda sidik kanalından irin damcıları xaric olur. İnfeksiya uretranın arxa şöbələrinə yayılanda sidik çağırışları tezləşir, sidikburaxmanın sonunda qan damcısı xaric olur. Çox zaman prosesə qasıq limfa düyünləri də qoşulur, iltihablaşır və böyüyür.

Müalicə olunmayanda infeksiya bütün sidik kanalı boyu yayılır, prostat vəzinə, xayalara və xaya artımlarına yayılır. Xəstədə sidik çağırışları çoxalır, sidiyəgetmə çətinləşir və güclü ağrı ilə müşayiət olunur, orqanizmin temperaturu yüksəlir, titrətmə və defekasiya zamanı ağrı əlamətləri olur.

Uretritin müalicəsi antibakterial terapiyadır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır