Ramazan ayında hamilə qadınlar oruc tuta bilərmi?
25.03.2023 09:19

Hamiləlik dövründə ana bətnində böyüyən körpənin inkişafı üçün zəruri olan karbohidratlar, yağlar, zülallar, vitaminlər və mineralları balanslı qidalanma ilə qəbul etmək və bol su istehlak etmək vacibdir.

Aztibb.az xəbər verir ki, ginekoloq Tuğraxanım Alınağıyeva bununla bağlı "Instagram" səhifəsində məlumat paylaşıb.

Uzunmüddətli aclıq ananın qanında şəkərin azalmasına, insulinin artmasına, qanda olan yağ turşularının enerji üçün istifadəsi nəticəsində keton cisimlərinin artmasına səbəb olur.

Uzun müddət susuzluq bədənin su-duz balansının pozulmasına, böyrəklərə qan axınının azalmasına və sidik ifrazının azalmasına səbəb olur.

Bütün bunlar anada zəiflik, yorğunluq, baş ağrısı, aşağı təzyiq və bayılmaya səbəb ola bilər.

Nəticədə, körpənin rifahının göstəricisi olan biofiziki profili dəyişikliklər baş verə bilir:

- körpə hərəkətlərinin azalması
- KTQ-də müxtəlif pozulmalar
- dölyanı mayenin azalması
- körpənin tənəffüs hərəkətlərinin azalması

Yüksək qan təzyiqi, hestasional diabet, böyrək xəstəliyi olan hamilə qadınlar qəti şəkildə oruc tutmamalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır