Uşaqlar arasında influenza infeksiyası və profilaktikası
23.03.2023 12:12

İnfluenza B virusları çox yoluxucudur. Bu virus insandan insana yoluxmuş xəstələr danışdıqda, asqırdıqda və ya öskürdükdə, çirklənmiş səthlərlə təmasda olduqda və əllər vasitəsilə havaya yayılan damcılarla tənəffüs yolu ilə ötürülür. Virus yoluxmuş səthlərdə 2-8 saat canlı qala bilir.

Aztibb.az xəbər verir ki, pediatr Xəyalə Əliyevanın sözlərinə görə, İnfluenza B ştamı iki-üç gün davam edən inkubasiya dövründən sonra qəfil başlayan hərarət, baş ağrısı, əzələ ağrısı ilə müşayiət olunan öskürək, boğaz ağrısı, gözlərdə yaş axması və halsızlıqla irəliləyir.

Pediatr qeyd edib ki, bu daha çox uşaqlarda rast gəlinən ifeksiya növüdür. Daha əvvəl virusla qarşılaşmadıqları üçün uşaqlarda yüksək hərarət, febril qıcolmalar, limfa düyünlərinin böyüməsi, həzm sisteminin daha çox tutulması (ürəkbulanma, qusma, ishal) və daha az tənəffüs sisteminin təzahürləri (quru öskürək, burun axması, boğazda yanma) müşahidə edilə bilər.

“Xəstələnməmək üçün əllərin yuyulması, maskalardan istifadə, insanların çox olduğu yerlərdən qaçınmaq lazımdır. Xəstə olanlar üçün isə evdə dincəlmək, öskürərkən və asqırarkən ağız və burnu birdəfəlik salfetlə örtmək və əllərin tez-tez yuyulması məsləhətdir”, – həkim tövsiyə edib.

Həkim bildirib ki, peyvənd infeksiyadan qorunmağın ən təsirli yoludur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır