Diabet xəstələri oruc tuta bilərmi?
23.03.2023 11:26

Diabet xəstələrinin oruc tuta bilmək imkanları bir sıra faktorlardan asılıdır.

Aztibb.az xəbər verir ki, bununla bağlı endokrinoloq Rəhilə Mansur "Instagram" səhifəsində məlumat paylaşıb.

Hansı diabetlilər oruc tuta bilməzlər?

Aclıq qan şəkəri 300 mg/dL üzərində olanlar;
3 aylıq qan şəkəri (HbA1C )10%-dən çox olanlar;
İnsulin istifadə edənlər;
Sulfanilüre preparatları qəbul edənlər(Amaryl,Diabeton,Mepril və s.);
Yanaşı ürək-damar xəstəliyi olanlar;
Diabetə bağlı böyrək,göz,sinir ağırlaşmaları olanlar;
Hamiləlik diabeti olanlar;
Son 3 ayda hipoqlisemik atak(ani qan şəkəri düşməsi) keçirənlər;
Yaşı 75-dən yuxarı olan diabetlilər;

Oruc tutan diabetlilər necə qidalanmalıdırlar?

Həkim bildirib ki, sahurda zülal və lif ağırlı qidalardan – yumurta, pendir, zeytun, tərəvəz, buğda və ya çovdar çörəyi, bir stəkan süd və ya ayran, bir ədəd meyvə istifadə olunmalıdır.

“İftarda bol tərəvəz salatı və ət yeməklərinə üstünlük verilməlidir.İftar və sahur yeməyi arasında gün boyu istifadə edə bilmədiyiniz qoz, badan, fındıq, süd, qatıq kimi qidalara yer verə bilərsiniz və bol maye qəbul etməyi unutmamalısınız. Eyni zamanda, oruc tutan diabetlilərin evdə tez-tez qan şəkəri ölçmələri tövsiyə olunur”, – həkim bildirib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır