Baş, boyun şişləri – Simptomlar soyuqdəymə və ya allergik reaksiyaya bənzəyir
22.03.2023 16:57

Baş və boyun şişləri ağız boşluğunda, qırtlaqda və udlaqda yerləşən formasiyaları əhatə edən xəstəliklərin böyük bir kateqoriyasıdır.

Buraya burun boşluğunun xərçəngi, burun-udlaq xərçəngi, udlaq xərçəngi, dil xərçəngi, paranazal sinusların xərçəngi, tüpürcək vəzilərinin xərçəngi və tiroid xərçəngi və s. daxildir.

Aztibb.az xəbər verir ki, otolarinoloq Rəşad Guvalov bununla bağlı "Instagram" səhifəsində məlumat paylaşıb.

“Şişlər dodaqları, dəriləri, sümükləri və selikli qişaları da əhatə edə bilər. Onlar epitel hüceyrələrində, birləşdirici, sinir və ya melanin əmələ gətirən toxumalarda da olur. Şişlərin orqanizmdən çıxarılması üçün daha çox endoskopik cərrahiyyə metodundan istifadə olunur”,– həkim bildirib.

Qeyd edib ki, buna səbəb baş və boyun xərçənginin bəzi növlərində sağalma dərəcələrinin açıq cərrahiyyəyə nisbətən daha tez olmasıdır. Endoskopik yanaşmalar ən çox qırtlaq cərrahiyyəsi üçün istifadə olunur, adətən kəsiklərdə lazer edilir.

Bu şişlər bütün xərçənglərin təxminən 20%-ni təşkil edir. Baş və boyun şişləri aqressiv, metastatik və müalicəsi çətin ola bilər. Ən çox 50 yaşdan yuxarı insanlara təsir göstərirlər.

O, əlavə edib ki, baş və boyun xərçənginin mühüm əlaməti limfa düyünlərinin şişməsi, nitq pozğunluqları, eşitmə, görmə və qoxuda bir neçə həftə keçməyən və tənəffüs xəstəlikləri ilə əlaqəli olmayan dəyişikliklərdir.

“Bütün bu simptomlar soyuqdəymə və ya allergik reaksiyaya bənzəyir, buna görə də baş və ya boyun xərçəngi artıq inkişaf etmiş mərhələlərdə olduqda, xəstələr əsl səbəbi çox gec axtarmağa başlayırlar. Məhz buna görə də, xəstələr gecikmiş xəstəliklə ən sonda cərahiyyəyə müraciət etməli olurlar”,– həkim vurğulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır