Hansı halda oruc orqanizm üçün faydalıdır?
22.03.2023 18:20

Oruc tutmaq hər bir müsəlmanın borcu olmaqla yanaşı, sağlamlıq baxımından insanın gündəlik qəbul etdiyi kalori miqdarını azaltmağa xidmət etməlidir. Lakin təəssüf ki, çox vaxt bu belə olmur.

Çox vaxt səhər yuxudan durmağa tənbəllik edilir, iftarda isə həddindən çox qida qəbul olunur. Buna görə də orucu daha sağlam tutmaq üçün mütəxəssislər orqanizmi hazırlamağı və qida tərkibini dəyişməyi məsləhət görürlər.

Aztibb.az sağlamlıq mütəxəssislərin bununla bağlı araşdırmlarına istinadən xəbər verir ki, oruc tutan kəs hər gün səkkiz stəkan su içməlidir. Suya çiyələk, alma, limon, nanə də əlavə etmək olar.

Hər səhər mütləq yemək yeyin. Səhər yeməyində yağı az olan pendir, soyutma yumurta yeməyə və tərkibində suyun miqdarı çox olan tərəvəzlərə, məsələn, pomidor, bibər, xiyara üstünlük verməyə çalışın.

Axşam menyusunun şorba, tərəvəz, qatıq və çörəyin olması məsləhətdir.

Yatmazdan 3 saat əvvəl qida qəbulunu dayandırın. Buna əməl etsəniz, iftardan sonra da yemək vərdişiniz olmayacaq və daha rahat mədə ilə oruc tutacaqsınız.

Çay və kofeni azaldın. Çünki çay və ya kofe orqanizmin suyunu azaldır.

Hər gün 45-60 dəqiqə yerimək orqanizminizin müqavimətini artıracaq və özünüzü daha güclü və gümrah hiss edəcəksiniz. Ramazan ayında da hər gün piyada yol getməyə davam edin. İftardan 2 saat sonra ən azı yarım saatlıq gəzinti orqanizm üçün xeyirlidir.

Allah oruc və dualarınızı qəbul etsin!

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır