Daun sindromlu xəstələrdə yanaşı xəstəlik: Ömür müddətini məhdudlaşdırır
21.03.2023 11:09

Məlumdur ki, Daun sindromlu bütün xəstələrdə koqnitiv pozğunluqlar olur. Bu xəstələrdə Alzheimer xəstəliyinin inkişaf riski artır.

Aztibb.az internist.ru-ya istinadən xəbər verir ki, Daun sindromlu və əlaqəli Alzheimer xəstəliyi olan xəstələrdə xəstəliyin gedişatına dair bir çox tədqiqatların meta-analizi aparılıb.

Meta-analizə 8 ölkədə aparılan 52 müşahidə tədqiqatı daxildir.

Alzheimer xəstəliyinin diaqnozu zamanı Daun sindromlu xəstələrin orta yaşı 53 yaş təşkil edib. Eyni zamanda, Daun sindromu və Alzheimer xəstəliyinin birləşməsi olan xəstələrdə orta ölüm yaşı 58 yaş olub.

Maraqlıdır ki, 1968-2019-cu illər ərzində Daun sindromlu xəstələrin orta ömür uzunluğu artmış və 2019-cu ildə 57 yaşa çatmışdır.

Daun sindromlu xəstələrdə Alzheimer xəstəliyinin nisbətən erkən yaşda inkişaf etdiyi öyrənilib. Ehtimal olunur ki, Daun sindromunda gözlənilən ömür müddətini məhdudlaşdıran amillərdən biri də Alzheimer xəstəliyidir.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib