Bağırsaq keçməzliyi və əlamətləri
21.03.2023 12:13

Bağırsaq keçməzliyi, bağırsaqların bu, yaxud digər səviyyəsində kənar edilə bilməyən maneə ilə onun içindəkilərin irəliləməsini pozaraq əmələ gəlir.

Aztibb.az xəbər verir ki, ümumi cərrah Toğrul Məhərrəmovun bununla bağlı verdiyi məlumata görə, ən çox təsadüf edilən bağırsaq keçməzliyinin əlamətlərindən qarın nahiyəsində bərk tutma şəkilli ağrıları qeyd etmək olar.

“Stranqulyasion keçilməzliyində ağrılar daimi olub, tutma şəkilli xarakter daşıyaraq, qəflətən başlayır. Ağrıların dözülməz səviyyəsində qarında "tərpənməni" müşahidə etmək olar. Obturasion keçməzliyində ağrılar elə intensiv olmayaraq, tədricən inkişaf edir”, – həkim bildirib.

Həkim qeyd edib ki, xəstələrdə çox vaxt qusma olur. Ən əvvəl qusuntu kütləsində qida qalıqları, sonralar isə qusuntu öd tərkibli olur (çirkli sarı rəngli, nəcis qoxulu maye). Bağırsaqlardan yellərin (bağırsaqdan çıxan yel), nəcisin və ifrazatın çıxmasının dayanması ən vacib əlamətlərdəndir. Sonralar qarın nahiyəsində köpmə inkişaf edir və tez bir zamanda xəstənin ümumi vəziyyəti pisləşir, ağız nahiyəsi və dili quruyur, taxikardiya qeyd edilir.

Mütəxəssislər bildirir ki, kəskin mexaniki bağırsaq keçməzliyi əməliyyata göstərişdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır