Ev heyvanlarını öpməyin! İnfeksiyaların ötürülməsi riski var
20.03.2023 11:52

Bəzi yoluxucu xəstəliklər sahibinə ev heyvanlarından keçə bilər, buna görə də özünüzü qorumaq üçün ehtiyat tədbirləri görülməlidir.

Aztibb.az lenta.ru-ya istinadən xəbər verir ki, , infeksion xəstəliklər üzrə mütəxəssis Tatyana Sergeyevanın sözlərinə görə, insanlara ev heyvanlarından toksoplazmoz, quduzluq, göbələk dəri zədələri, psittakoz, helmint invaziyaları, leptospiroz kimi xəstəliklər keçə bilər. Lakin onların bəziləri heyvanlar və insanlar üçün eyni dərəcədə təhlükəlidir.

Həkim bildirib ki, tutuquşular, qarğalar, göyərçinlər üçün təhlükəli olan ornitoz tez-tez quşun ölümünə və sahibinin ağır pnevmoniyasına səbəb olur. Leptospiroz isə insanlarda böyrək və qaraciyərə ciddi ziyan vurur.

Profilaktik tədbir olaraq, ev heyvanlarını mütəmadi baytar nəzarətindən keçirmək və vaxtında peyvənd etmək məsləhətdir.

Həmçinin infeksionist pişik və itləri öpməməyi tövsiyə edib, onlara yemək masasına qalxmaq, çarpayıda uşaqlarla yatmaq olmaz.

Şəxsi gigiyenaya riayət edilməli, ev heyvanlarına toxunduqdan sonra əllər yuyulmalıdır.

“Uşaqlar evə tarla siçanlarını, digər vəhşi heyvanları gətirməyi sevirlər. Buna qətiyyən icazə verməyin! Gəmiricilər ciddi xəstəliklərin daşıyıcısı ola bilər - yersinioz, böyrək sindromlu hemorragik qızdırma vəs.”, – həkim bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır