Sağlığımıza faydalı buğda cücərtisi
20.03.2023 09:37

Novruz bayramına təxminən iki həftə qalmış buğda cücərtilərin boy atıb səməniyə çevrilməsi üçün gözləmək lazım gəlir.

Qədimm tibbi ənənələrə görə səməniyə çevrilməyən və bir neçə günlük buğda cücərtisi tibbi baxımdan çox faydalıdır. Səməni cücərməyə başlayanda ondan halva, bir az boy atdıqdan sonra isə şirə əldə etmək olar.

Aztibb.az xəbər verir ki, təcrübələrə görə səməni cücərtisi ilə qidalanmaq immunitet sistemini gücləndirir, buğda cücərtisinin suyu qanı yeniləyir, toksinləri təmizləyir, dişləri və immuniteti gücləndirir, ürək xəstəliklərinin müalicəsində istifadə edilir və xərçəng riskini azaldır.

Buğda cücərtisi E və B vitaminləri ilə zəngindir ki, həmin vitaminlər sinir və mədə-bağırsaq sistemi üçün çox xeyirlidir.

Cücərdilmiş buğdanın tərkibində olan fol turşusu orqanizmdə gedən qanyaratma funksiyası üçün də mühüm əhəmiyyət daşıyır. Fol turşusu hamilə qadınların əsas vitamini sayılır, çünki immun sisteminə müsbət təsir göstərir, dərini qocalmaqdan qoruyur.

Kosmetika sənayesində tərkibində cücərdilmiş buğdadan alınmış yağ olan çoxlu krem və maskalar istehsal edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır