Bağırsaqları işlədəcək məhsul - Səhər yeməyindən əvvəl yeyin
20.03.2023 13:26

Toksikoloq, professor Mixail Kutuşov bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa kömək edən məhsulların siyahısını tərtib edib.

Aztibb.az rg.ru-ya istinadən xəbər verir ki, mütəxəssisin qeyd etdiyi kimi, buğda kəpəyinə xüsusi diqqət yetirmək lazımdır. Kəpək bağırsaq hərəkətliliyini yaxşılaşdıra bilən həll olunmayan liflə zəngindir. Səhər yeməyindən əvvəl quru kəpək yemək daha yaxşıdır.

"Bir çay qaşığı (5 q) ilə başlayın və mənfi reaksiyalar olmadıqda tədricən artırın", – professor deyib.

Siyahıda tərəvəz və meyvələr arasında brokkoli, hansı ki, tərkibində həzmi asanlaşdıran sulforafan var, alma, bu meyvə də liflə, sorbitol, fruktoza və su ilə zəngindir, həzmi asanlaşdırır və qəbizliyin qarşısını alır, həmçinin mədə-bağırsaq traktında hərəkətə faydalı kivi yer alır.

Siyahıda həmçinin antioksidan, antibakterial və iltihab əleyhinə xüsusiyyətləri ilə tanınan zeytun və kətan toxumu yağları, gavalı, mərcimək, duzlu kələm var.

Onkoloq və proktoloq Elena Smirnova da bağırsağın işini yaxşılaşdırmağa kömək edəcək məhsulları sadalayıb. "Ləng" bağırsaq və qəbizlik ilə mütəxəssis çuğundura diqqət yetirməyi tövsiyə edib: “O, yaxşı işlətmə effekti verir və onun tərkibindəki mikroelementlər qaraciyərin fəaliyyətini bərpa etməyə kömək edir”.

Eyni zamanda, adi isti su da bağırsaqları stimullaşdırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır