Somnoloq: Orqanizmin infeksiyalara qarşı müqavimətində yuxunun təsiri önəmlidir 
17.03.2023 09:33

Yuxuya sərf edilən vaxtın azaldılması orqanizmin infeksiyalara qarşı müqavimətini də azaldır. 

 

Somnoloq Mixail Poluektov yuxunun orqanizmin infeksiyalara qarşı müqavimətinə təsirini izah edib.  

 

Aztibb.az "Arqumentı i Faktı" nəşrinin məlumatına əsasən xəbər verir ki həkimin sözlərinə görə, istirahət vaxtının azaldılması bu cür qoruyucu mexanizmləri azaldır. 

 

Mütəxəssis izah edib ki, böyüklər üçün tövsiyə olunan yuxu müddəti gündə yeddi saatdan doqquz saata qədərdir, halbuki bu norma hər kəs üçün fərqli də ola bilər:

 

“Yuxu vaxtının məhdudlaşdırılmasının immunitetə pis təsir etdiyinə dair kifayət qədər elmi sübutlar var. Bu mövzuda bir çox araşdırma göstərir ki, yuxu vaxtının tövsiyə ediləndən vaxtdan bir saat belə azaldılması ilə viral infeksiyalara qarşı müqavimət də azalır”, – deyə həkim bildirib.

 

Yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün somnoloq yuxuya getməzdən əvvəl rejimin qurulmasını, televizor və smartfon kimi beyni həyəcanlandıran əşyalardan istifadə etməməyi tövsiyə edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər