Vitamin çoxluğu ­hansı xəstəliklərə səbəb olur? Terapevt izah etdi 
15.03.2023 09:34

Bilirik ki, vitamin azlığı bədən üçün nə qədər zərərli hesab olunursa, normadan çoxluğunun da ziyanlı tərəfləri var.

 

Vitaminlər sağlamlığımız üçün çox faydalı, əhəmiyyətlidir. Lakin hər şeyin çoxu zərərli olduğu kimi, vitaminlərin də çoxu zərərlidir. Bu baxımdan A, D, E və K vitaminlərini çox qəbul etdikdə bədəndə yığılır və “hipervitaminoz” deyilən vitamin çoxluğuna səbəb olur. 

 

Aztibb.az xəbər verir ki, terapevt Sübhan Hacıyevin sözlərinə görə, vitaminlərin əskikliyi necə xəstəlik yaradırsa, çoxluğu da fəsadlar yaradır:

 

“Vitaminlər insan orqanizminin özfəaliyyətini sürdürməsi üçün müəyyən miqdarda lazım olan üzvü maddələrdir. Vitaminlər yağda və suda həll olunanlar qrupuna bölünür. Yağda həll olunanlar A, D, E, K, suda həll olunanlar B və C qrup vitaminləridir. Əskiklik necə xəstəlik yaradırsa, çoxluğu da fəsadlara səbəb olur”.

 

Həkim qeyd edib ki, B və C vitamin çoxluğu xərçəng hüceyrəsinin yaranmasında böyük rol oynayır:

 

“B və C vitaminləri ciddi allergik xəstəliklərə yol açır. Bununla yanaşı hüceyrələrin vaxtından tez bölünməsi və böyüməsinə yol açaraq xərçəng hüceyrəsinin yaranmasında böyük rolu var. Onkoloji xəstəliyi olan insanlara bu vitaminin köçürülməsi tövsiyə olunmur.

 

K vitamininin çox qəbulu damarlarda trombların çoxalmasına gətirib çıxarır. Beyin infarktına səbəb olur. D vitamini kalsium və fosfor mübadiləsini orqanizmdə tənzimləyir. Hüceyrə daxili kalsiumun çox olması əzələ spazması, qəbizlik, ürək döyüntülərinin artmasına yol açır. A vitaminin çox olması gözlərdə problem yaradır. Gözlərdə əzələ zəifliyi və görmə problemi yaradır. Kəskin baş ağrılarına səbəb olur. Vitamin çoxluğu həkimlər tərəfindən təyin edilib, müalicə olunmalıdır”.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır