Ağrı və qaşınma qurd xəstəliyinin əlamətidir, yoxsa göbələk? Pediatrın izahında 
14.03.2023 12:54

Əgər uşağınız həm qarnında ağrıdan, həm də yanında qaşınmadan şikayət edirsə bu qurd deyil, göbələk xəstəliyinin əlamətidir.  

 

Aztibb.az xəbər verir ki, pediatr Aytən İsmayılzadə bu barədə "Instagram" səhifəsində məlumat paylaşıb.

 

“Yanda qaşınma verən qurd - bizquyruq qurdu qarında ağrı vermir. Qarında ağrı verə bilən askarid qurdu isə yanda qaşınma vermir. Göbələk isə bağırsaq mühitində artarkən onun divarında iltihab yaradır, bu da qarında ağrı, ağızda və nəcisdə pis qoxu, anusətrafı qaşınma, qızartı verir”, – həkim bildirib.  

 

Qeyd edib ki, qurda görə hər ehtimal nəcisin ümumi analizi verilə bilər. Əsas olan rasionda karbohidratı, şəkəri azaltmaqdır. Çunki göbələk şəkərlə qidalanır.  

 

Bağırsağında göbələk məskunlaşmış uşaqların dili də ərpli olur. Dad reseptorları ərp ilə örtülü olduğundan iştahsız olur və yediklərinin dadını yaxşı hiss etmirlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır