Marburq virusu - Afrikada yeni xəstəlik narahatlığı 
13.03.2023 12:59

Afrikada Marburq virusunun yayılması diqqət çəkir. Bu, tez-tez ölümlə nəticələnən ciddi bir xəstəlikdir, hələ də peyvənd və ya müalicəsi yoxdur. 

 

Aztibb.az glas.ru-ya istinadən xəbər verir ki, Marburq virusunun epidemiyası 2023-cü il fevralın ortalarında Ekvatorial Qvineyada təsdiqlənib.

  

Marburq daha yaxşı tanınan qohumu Ebola kimi filovirusdur. Virus yeni deyil, hələ 1967-ci ildə məlum olub.

 

Artıq bir neçə Afrika ölkəsində epidemiyalar qeydə alınıb. Marburq qan, ifrazat və ya digər bədən mayeləri ilə birbaşa fiziki təmas (dəri və ya selikli qişaların zədələnməsi yolu ilə) nəticəsində ötürülür.

 

Marburqun simptomlarına yüksək hərarət, ağır intoksikasiya, şiddətli ishal və qusma daxildir. Həkimlər şiddətli qanaxmanı da qeyd edirlər, qan ən çox qusma zamanı, eləcə də buruda, diş ətində və vaginadan görünür.

 

 Statistikaya görə, müalicə aparılmadığı halda, orta hesabla virusa yoluxanların təxminən 50%-i ölür.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır