Pendirdən imtina etməyiniz üçün dörd səbəb 
13.03.2023 12:20

Bəzi pendir növlərinin tərkibində çoxlu kalori, natrium və yağ olduğuna görə bu məhsulu yeməyi dayandırmalısınız. 

 

Aztibb.az runews24.ru-ya istinadən xəbər verir ki, “Whole Cities Foundation” təşkilatının qidalanma proqramının direktoru Akua Vulbrayt bu məhsulu azaltmağı tövsiyə edib. 

 

Pendirin müntəzəm istehlakı insult, ürək çatışmazlığı, II tip diabet, koroner ürək xəstəliyi, hipertoniya və digər xəstəliklərin inkişafına səbəb ola bilər. 

 

Mütəxəssis deyib ki, hipertoniyadan əziyyət çəkirsinizsə, bərk pendirlərdən imtina etmək daha yaxşıdır. Əgər belə bir məhsulu pəhrizdən çıxarsanız, dərinin vəziyyəti yaxşılaşacaq, şişkinlik əlamətləri azalacaq. 

 

Pendirin tərkibindəki doymuş yağlar bədəndə yığılmayacaq və pis xolesterinə çevrilməyəcəyi üçün ürək-damar xəstəlikləri riskini də azaldacaq. Bundan əlavə, migren hücumlarının tezliyi azalacaq. Fakt budur ki, pendirin tərkibində tez-tez baş ağrısına səbəb olan amin turşusu tiramin var. Bu maddənin çoxu İsveçrə pendiri, çedar, mavi pendir və parmezandadır. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır