Hər kəsə lazım olan 3 faydalı otaq bitkisi 
12.03.2023 15:41

Ev bitkiləri yalnız otaq bəzəyi və göz oxşamaq üçün deyil, həm də sağlamlığa faydalı ola bilər.  

 

Aztibb.az sport-express.ru-ya istinadən xəbər verir ki, ev bitkilərinin bəziləri sinir sistemini sakitləşdirir, müsbət emosiyalar verir və hətta havanın keyfiyyətini yaxşılaşdırır. Hər kəs çiçək yetişdirə bilər. 

 

“Qadın xoşbəxtliyi” kimi də tanınan Spathiphyllum benzol formaldehidi (zəhərli, rəngsiz qaz) udur. Bitki qışda havalandırma da daxil olmaqla qısamüddətli temperatur dəyişikliklərinə asanlıqla dözür. Bu gül pəncərələri Şimala, Qərbə və ya Şərqə baxan otaqlarda yaxşı böyüyəcəkdir. Qışda həftədə bir dəfə, yayda isə həftədə iki dəfə sulayın. 

 

Aloe fitonsid (mikroorqanizmlərə təsir edən bioloji amil) xüsusiyyətlərinə malikdir. Mətbəxdə və ya qonaq otağında yerləşdirilə bilər. Bitki günəş işığını sevir, ancaq onu birbaşa şüaların altına qoymamalısınız. Aloe üçün Qərb, Şərq və Cənub tərəfləri uyğun gəlir. Orta hesabla həftədə bir dəfə su vermək lazımdı. Aloe yarpaqlarından alınan suyu isə üz və saç üçün maskalarda istifadə etmək olar. 

 

Ətirşah məşhur ev bitkisi kimi yalnız gözəl deyil, həm də faydalıdır. Ətirşahın qoxusu güvə və ağcaqanadları dəf edir. Bu bitki özünü Cənub tərəfdə daha yaxşı hiss edir. Qışda həftədə bir dəfə, yayda isə həftədə üç-dörd dəfə suvarılmalıdır.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır