Alimlər: Smartfondan istifadə etməklə uşaqlıq anemiyasını müəyyən etmək mümkündür 
10.03.2023 11:33

London Universitet Kolleci və Qana Universitetinin tədqiqatçıları smartfonda sadəcə bir sıra göz və üz fotoşəkillərindən istifadə etməklə uşaqlıqda dəmir çatışmazlığı anemiyasını müəyyən etməyi öyrəniblər.

 

Aztibb.az ridus.ru-ya istinadən xəbər verir ki, ənənəvi olaraq, anemiya diaqnozu qan nümunələrinin götürülməsini tələb edir. Bu, xəstələr üçün narahat və bəzən bahalı ola bilər. 

 

Hemoqlobin işığı udma üsuluna görə çox fərqli bir rəngə malikdir, buna görə də elm adamları anemiyanı təyin etmək üçün şəkillərdən istifadə edərək, sadə və sürətli bir prosedur hazırlamağı hədəfləyir. 

 

Tədqiqatda iştirak etmək üçün cəlb edilmiş dörd yaşından kiçik 43 uşağın şəkilləri təhlil edilir. Fotoda bədənin minimal dəri piqmentasiyası olan üç sahəsi göstərilir: gözlərin ağları, alt dodaq və alt göz qapağı.  

Nəticədə bu üç sahənin eyni zamanda fotoşəkillərdən istifadə edərək qiymətləndirilməsi mütəxəssislərə həm ağır, həm də yüngül anemiyanın bütün hallarını tez aşkar etməyə kömək edib. 

 

Smartfonun azyaşlı uşaqlarda və körpələrdə qan azlığını yoxlamaq üçün istifadə olunması yüksək elmi nəticə kimi qiymətləndirirlib. Bu, insanlarında dəmir çatışmazlığı və yüksək qan azlığı olan ölkələrdə səhiyyə xidmətini yaxşılaşdıra bilər. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır