Heart.org: Keyfiyyətli yuxudan sonra pəhriz və idman daha effektiv olur
04.03.2023 15:43

Amerika Kardioloqlar Assosiasiyasının alimləri müəyyən ediblər ki, keyfiyyətli yuxu insana daha asan pəhriz saxlamağa, eləcə də daha asan idman etməyə kömək edə bilər.

 

Aztibb.az bu barədə məlumatı heart.org portalına istinadən verir. 

 

Tədqiqata 125 nəfər iştirakçısı cəlb olunub. Onların orta yaş həddi 50 olub və 91 faizini qadınlar təşkil edib. Heç kimə ciddi tibbi vəziyyət diaqnozu qoyulmayıb, lakin bütün iştirakçılar obez və ya artıq çəkidən əziyyət çəkənlər olub.

 

Tədqiqatın müəllifləri iştirakçılar üçün arıqlamağa yönəlmiş xüsusi proqrama başlayıblar və əlavə olaraq onlar yuxunun keyfiyyətinə nəzarət ediblər. İştirakçılarla üç dəfə xüsusi sorğu keçirilib – proqramın əvvəlində, altı ay və bir ildən sonra. Tədqiqat müddətində iştirakçılar yuxu gündəliyi tutublar və onların istirahət, oyaqlıq və yuxu vəziyyətlərini qeyd edən xüsusi bilərzik taxıblar. 

 

Nəticələr göstərib ki, yuxu nə qədər yaxşı olarsa, iştirakçılar bir o qədər tez-tez kalori normalarına əməl edir, terapiyaya qatılır və fiziki fəaliyyətə daha çox vaxt ayırırlar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır