Femoral popliteal bypass əməliyyatı nə zaman icra olunur?
05.03.2023 09:04

Bypass əməliyyatının tətbiq olunduğu damara görə adı dəyişir. Həmçinin əməliyyatın icra olunduğu nahiyəyə görə texnikası da fərqlidir.

 

Aztibb.az-ın məlumatına görə, Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib ki, ayaqda bud (femoral) arteriya tıxanıqlığı olarsa, qasıqdan diz sahəsindəki açıq olan popliteal arteriyaya “femoro-popliteal bypass” əməliyyat icra olunur. Onun sözlərinə görə, femoro popliteal bypass dizin altından və ya üstündən girilərək tıxalı arteriyaları müalicə etmək üçün istifadə edilən cərrahi bir əməliyyatdır.

 

Uzman həkim qeyd edib ki, əməliyyat ümumi, yaxud epidural anesteziya ilə həyata keçirilə bilər: 

"Əgər qarındakı iliak (ayaqların ana damarı), yaxud aorta damarlarının tıxanıqlığı səbəbi ilə icra ediləcək əməliyyat risklidirsə, qarını açmadan açıq olan qasıqdan tıxanıqlığın daha aşağısındakı digər qasığa süni damar istifadə edərək Femorofemoral bypass həyata keçirilir".

 

Cabir Gülmalıyev bildirib ki, femoral popliteal bypass əməliyyatı əsasən gündəlik işlərin tamamlanmasını məhdudlaşdıran və daha ağır simptomlara səbəb olan femoral arteriya tıxanıqlığı hallarının müalicəsində istifadə olunur.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır