Məşhur dadlaşdırıcı insult riskini 80% artırır 
28.02.2023 14:57

Təhlükəsiz hesab edilən bu dadlaşdırıcı ürək xəstəliyi riskini artıra bilər, beynəlxalq alimlər qrupu açıqlayıb. 

 

Mütəxəssislər araşdırma apardıqdan sonra müəyyən ediblər ki, şəkər xəstələri üçün məhsullarda istifadə edilən məşhur şəkər əvəzedicisi - Eritritol qan laxtalanma ehtimalını 80% artırır. Bu isə insult və infarktın inkişafı deməkdir. 

 

Aztibb.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.

 

Eritritol və digər dadlaşdırıcıların üç il ərzində 4000-dən çox insanın ürək-damar sisteminə təsiri izlənilib. Bu müşahidələr göstərib ki, tədqiqat iştirakçılarının bədənində Eritritolun yüksək konsentrasiyası infarkt və insult da daxil olmaqla ağır ürək xəstəliklərinin inkişaf riskini 80% artması ilə əlaqələndirilir. 

 

Dadlaşdırıcı zəif metabolizə olunur, bədəndə toplanır. Təcrübələr zamanı müəyyən edilib ki, Eritritolun bir dozası belə qan laxtalanmasını bir neçə dəfə artırır.  

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır