Təhlükəli zülal: Mütəxəssis qlütenin səbəb olduğu simptomları sadaladı
27.02.2023 13:36

Qlüten taxıl bitkilərinin toxumlarında, xüsusilə buğda, arpa və çovdarda olur. 

 

Aztibb.az “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, əgər dənli bitkilərdə olan qlütenə qarşı həssaslıq varsa, orqanizm buna xarici agent kimi reaksiya verir və ona hücum etməyə başlayır. 

 

“Tədricən iltihab immunitet reaksiyasının mexanizminə görə inkişaf edir, tez-tez xəstələnirik, dəri problemləri yaranır”,– deyə molekulyar bioloq Valeri Polunovski bildirib. 

 

Alimin sözlərinə görə, qlütenə qarşı həssas olan insanlarda çölyak xəstəliyinə tutulma riski yüksəkdir. Bu xəstəlik nazik bağırsağın selikli qişasının fəaliyyətini pozan qlüten proteininə qarşı həssaslıqla əlaqəli xəstəlikdir. Çölyak xəstəliyi qarın ağrısı, ishal və kilo itkisinə səbəb olur. Həmçinin, qida maddələrinin zəif udulması səbəbindən mineral maddələr mübadiləsinin pozulması, hipovitaminoz və anemiya inkişaf edə bilər. 

 

"Hazırda bu xəstəliyin xüsusi müalicəsi yoxdur, lakin tərkibində qlüten olan qidalar pəhrizdən çıxarıldıqda bütün simptomlar yox ola bilər", - V.Polunovski əlavə edib. 

 

Həkimlər erkən müayinədən keçməyi məsləhət görürlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib