İbn Sina və Memar Sinanın əsrlərə dayanan tövsiyəsi: Təbiətin zəngin tərkibli qidası 
26.02.2023 10:55

Memar Sinan əsrlər boyu tikintidə əsas material kimi dəvəquşu yumurtasından istifadə edib. Digər tərəfdən dəvəquşu yumurtası İbn Sinanın tövsiyə etdiyi vacib qidalar sırasında da yer alıb.

 

Çünki İbn Sina güclü kalsium mənbəyi olan dəvəquşu yumurtalarının osteoporoza yaxşı təsir etdiyini kəşf edib.

 

Aztibb.az Memar Sinan və İbn Sina kimi məşhurların hədəfində olmuş dəvəquşu yumurtasının faydaları ilə bağlı məlumatı təqdim edir.

 

Çox sərt və davamlı qabıqları olan dəvəquşu yumurtası saxlama qabları kimi istifadə olunub. Dəvəquşu yumurtaları hörümçək və digər həşəratları ətraf mühitdən uzaqlaşdırmaq xüsusiyyətinə malikdir. Ağız və diş sağlamlığını diş çürüməsinə qarşı qorumaqla yanaşı, ağız qoxusunu da aradan qaldırmaq faydaları var.

 

Dəvəquşu yumurtası ilə tortlar, peçenyelər, piroqlar və s. təamlar hazırlayıb desertlərdə istifadə edə bilərsiniz. Dəvəquşu yumurtaları toyuq yumurtası qədər dadlıdır. Dəvəquşu yumurtasından hazırlanan xəmir xörəkləri uzun müddət təravətini saxlayır.

 

Dəvəquşu yumurtasının qabığı qədim əsrlərin qadınları tərəfindən zərgərlik üçün material kimi də istifadə edilib. Memar Sinan dəvəquşu yumurtasının qabığını məscidlərdə hörümçək toru, birə və həşəratlara qarşı tikintidə istifadə edirdi.

 

Tərkibində əhəng məhlulu olan dəvəquşu yumurtaları həm tikiliyə ağ görünüş təmin etmiş, həm də yumurtanın ətrafa yaydığı qoxu sayəsində tikilini uzun müddət böcəklərdən qorumuşdur. 

 

Tərkibində antioksidanlar olan dəvəquşu yumurtası bədəndəki sərbəst radikal hüceyrələrin sayını azaldır. Ağız yaralarının qarşısını alır. 

 

İbn Sina sümük xəstəliyindən əziyyət çəkən xəstələrə dəvəquşu yumurtasını tövsiyə edirdi. Tərkibində yüksək miqdarda kalsium olan dəvəquşu yumurtaları sümüklərin strukturunu gücləndirir və erkən yaşlarda vitamin itkisinin qarşısını alır. Hamilələr və yeniyetmələr tərəfindən istehlak edilməsi çox tövsiyə olunur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır