Empat yoxsa psixopat? Bern Universitetinin alimləri birini digərindən ayırmağı öyrəniblər 
25.02.2023 14:30

Bəzən ünsiyyət zamanı maskanın arxasında kimin gizləndiyini belə bilmirik. Həssas, xeyirxah insandı ya aqressiv psixopatdı? Alimlər birini digərindən necə ayırd ediləcəyini tapıblar. 

 

İsveçrənin Bern Universitetinin alimləri destruktiv (neqativ xarakterli) insanların və psixikasında hər şeyə sahib olanların ünsiyyət zamanı və ya sadəcə cəmiyyətdə necə davrandıqlarını öyrənmək qərarına gəliblər.  

 

Aztibb.az xəbər verir ki, tədqiqatın nəticələri “Plos” jurnalında dərc olunub. 

 

Bunun üçün tədqiqatçılar 120 nəfərdən ibarət bir qrup tələbə toplayıblar. İştirakçılar müəyyən fotoşəkilləri izləyiblər, daha sonra onlar şəxsiyyət xüsusiyyətlərini qiymətləndirməyə yönəlmiş sorğuya cəlb olunublar. 

 

Anketlərdə psixopatologiyanın müxtəlif aspektləri, o cümlədən sosial narahatlıq, depressiya, empatiya, aleksitimiya (emosiyalarını təsvir edə bilməmə) dair suallar da yer alıb.

 

Nəticələri təhlil etdikdən sonra elm adamları öyrəniblər ki, bir qisim iştirakçılar fotoşəkillərdəki şəxlərin üz ifadələrini izlərkən hər şeyi ətraflı öyrənmək üçün şəkillərə mümkün qədər yaxından baxıblar.  

 

Onlar empatik (empatiya qurmağı bacaran), pozitiv və xeyirxah insanlardır. 

 

Depressiyada olan, narahat və nevrotik iştirakçılar isə üzlərə çox diqqət yetirməyiblər. Onlar insanlara baxmaqda maraqlı deyildilər.

 

Elm adamları bunun səbəbini sosial narahatlıq, depressiya, özünün və başqalarının hisslərini qəbul edə bilməməkdə görüblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır